Trinitrotoluol

Trinitrotoluol (tol, trotil, TNT, 1 metil-2, 4,6, trinirtometilbenzol. C6H5CH3) — geniş istifadə olunan brizant partlayıcı maddə. Rəngsiz, saxlandıqda saralan kristaldır (texniki trotil açıq-sarı kristaldır). Asetonda və benzolda yaxşı, suda pis (20 °C-də 100ml suda O,013q) həll olur.80,85 °C-də bərkiyir, sıxlığı 1,6 q/sm³-ə yaxındır. Trotil kimyəvi davamlıdır, partlayıcı xüsusiyyəti qalmaqla parçalanmadan uzun müddət saxlanıla bilər. Əsaslarla təsir etdikdə kəskin boyanmış kompleks, qələvilərlə təsir etdikdə isə asan partlayan qeyri-sabit metal törəmələri- trotilatlar əmələ gəlir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search